“Azərenerji” ASC yarımstansiyalarda da kompleks şəkildə yenidənqurma işləri aparır (FOTO)


Digərləri 27 Mar 2019 11:33:13 190 0

“Azərenerji” ASC yarımstansiyalarda da kompleks şəkildə yenidənqurma işləri aparır (FOTO)

“Azərenerji” ASC “Reabilitasiya Proqramına” uyğun olaraq, elektrik stansiyaları, dispetçer idarəetmə mərkəzləri, yüksəkgərginlikli ötürmə xətləri ilə yanaşı, sistem əhəmiyyətli yarımstansiyalarda da kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir.

Bakı. “Azərenerji” ASC “Reabilitasiya Proqramına” uyğun olaraq, elektrik stansiyaları, dispetçer idarəetmə mərkəzləri, yüksəkgərginlikli ötürmə xətləri ilə yanaşı, sistem əhəmiyyətli yarımstansiyalarda da kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Bu barədə Trend-ə “Azərenerji” ASC-dən məlumat verilib. Qeyd edək ki, enerjisistemdə yarımstansiyaların yenidən qurulması, o cümlədən yüklənən transformatorları dəyişərək gücünün çoxaldılması artan gücün qarşılanması və avadanlıqların qızamasının, bununla da qəzaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda qəza rejimində yükü bir yarımstansiyadan digər yarımstansiyanı üstünə köçürülməsi, itkilərin aradan qaldırılması, ən əsası isə paylayıcı şəbəkə istehlakçılarının daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün yarımstansiyaların yenidən qurulması və gücünün artırılması olduqca vacib məsələdir.