Tovuzda 6 otaqlı ev yandı


Digərləri 27 Mar 2019 11:19:00 182 0

Tovuzda 6 otaqlı ev yandı

Tovuz rayonunun Xatınlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.

Bu barədə Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.