Binəqədidə bir gecədə 5-ə yaxın avtomobildən oğurluq olub (FOTO)


Digərləri 27 Mar 2019 11:13:00 186 0

Binəqədidə bir gecədə 5-ə yaxın avtomobildən oğurluq olub (FOTO)

Binəqədi rayonunda bir gecədə 5-ə yaxın avtomobildən oğurluq olub.

Bakı. Ceyhun Ələkbərov - Binəqədi rayonunda bir gecədə 5-ə yaxın avtomobildən oğurluq olub. Trend-in məlumatına görə, oğurluq edən şəxslər gecə saatlarında ara məhəllələrdə park edilmiş avtomobillərin pəncərələrini sındıraraq içərisində olan müxtəlif əşyaları aparıblar, sənədləri isə cıraraq yararsız hala salıblar.