36 yaşında dubl edib tarixə düşdü


İdman 27 Mar 2019 10:44:00 251 0

36 yaşında dubl edib tarixə düşdü

İtaliya millisi AÇ-2020-nin seçmə mərhələsinin 2-ci turunda Lixtenşteyni 6:0 hesabıyla məğlub edib.

Goal.az “Opta” saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşmada iki qolun müəllifi olan Fabio Kvalyarella yığmanın tarixinə düşüb. Belə ki, o, İtaliya futbolu tarixində milli komandada qol vurmağı bacaran ən yaşlı futbolçu ünvanını qazanıb.

Lixtenşteyn qapısına iki dəfə yol tapan forvard, 36 yaş 54 günlüyündə bunu bacarıb.

Kvalyarelladan əvvəl milli komanda tarixində fərqlənən ən yaşlı futbolçu Kristian Panuççi idi. O, yığmada son dəfə fərqlənəndə 35 yaş 62 günlük idi.

İtaliyanın Sampdoriya klubunun formasını geyinən Kvalyarella, A Seriyasında 21 qolla bombardirdir.