Qaradağda ikimərtəbəli ev yanıb


Digərləri 27 Mar 2019 09:59:00 221 0

Qaradağda ikimərtəbəli ev yanıb

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Bu barədə Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.