Özbəkistan vətəndaşı Gürcüstandan Azərbaycana keçərkən öldü


Digərləri 27 Mar 2019 09:46:46 188 0

Özbəkistan vətəndaşı Gürcüstandan Azərbaycana keçərkən öldü

Gürcüstan-Azərbaycan sərhədində ölüm hadisəsi baş verib.

Bakı. Samir Əli - Gürcüstan-Azərbaycan sərhədində ölüm hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində baş verib. Belə ki, "Mercedes Benz Actros" markalı, Özbəkistan qeydiyyat nişanlı yük avtomobili ilə Gürcüstandan "Sınıq Körpü" gömrük postu vasitəsi ilə Azərbaycan ərazisinə keçən Özbəkistan vətəndaşı, 1971-ci il təvəllüdlü Azimov Alijon Axmadaliyeviç idarə etdiyi avtomobili İkinci Şıxlı kəndi ərazisindəki "TIR" parkında saxlayıb və iş yoldaşına özünü narahat hiss etdiyini deyib. Bir neçə dəqiqə sonra isə o vəfat edib.