Çinli məmur rüşvətə görə 14 il azadlıqdan məhrum edilib


Dünya 27 Mar 2019 08:33:00 206 0

Çinli məmur rüşvətə görə 14 il azadlıqdan məhrum edilib

Çinin Kiberməkana Nəzarət Administrasiyasının sabiq direktoru Lu Vey rüşvət aldığına görə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ninbo Şəhər Məhkəməsinin hökmünə əsasən, keçmiş məmur 3 milyon yuan (446,9 min ABŞ dolları) cərimə də ödəyəcək. O, apelyasiya şikayəti verməyəcəyini bildirib.

Qeyd edək ki, Lu Vey 2013-cü ilin aprelindən 2016-cı ilin iyununadək Çin Kiberməkan Administrasiyasının direktoru işləyib. Ondan əvvəl isə Pekin şəhər merinin müavini, Çin Kommunist Partiyası paytaxt təşkilatının təbliğat şöbəsinin müdiri kimi məsul vəzifələrdə çalışıb.