Günün qoroskopu: Texniki problemlər və ətrafınızdakı insanlarla münaqişə ola bilər.


Digərləri 27 Mar 2019 00:01:00 246 0

Günün qoroskopu: Texniki problemlər və ətrafınızdakı insanlarla münaqişə ola bilər.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - bu yaxınlarda başladığınız işi uğurla başa vurmaq üçün var qüvvənizlə çalışın. Yorulmağınız istisna deyil. Lakin ruhdan düşməyin, ətalətə qapılmayın, süst olmayın.

Mühüm işi yarımçıq qoysanız, narazılıq və natamamlıq hissləri sizi uzun müddət təqib edəcək.

Günün ikinci yarısında əhvalınızda müsbət dəyişikliklər olacaq. Hadisələrə daha nikbin baxacaqsınız.

Yaxın dost və ya sevdiyiniz insanla ciddi mövzunuzu müzakirə etmək istəyəcəksiniz. Uğurlarınız və ya əldə etdiyiniz nəticələrin dəyərləndirilməsini istəyiriniz.

Axşam saatlarında ailə üzvləri ilə səmimi və həssas davranın.

Buğa - yolda, işdə, ünsiyyətdə ehtiyatlı, sayıq olun. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın.

Soyuqqanlı və məntiqli olmasanız, səhər saatlarındakı fikir anlaşılmazlığı sonradan münaqişəyə çevrilə bilər. Danışıq tonuna fikir verin, gərəksiz inadkarlıq etməyin.

Günün ikinci yarısında ev işləri ciddi diqqət tələb edəcək.

Arzuladığınız rahatlığın olmaması, fikirlərinizlə yaxın insanın maraqlanmaması sizdə narahatlıq, hətta naqolaylıq hissi yarana bilər. Fəqət, emosiyalara aldanmayın.

Əkizlər - tez və dərhal qazanc götürməyə, mənfəət əldə etməyə çalışmayın. Belə olarsa, bel bağladığınız gəlirdən ən son anda məhrum ola bilərsiniz.

Yol verdiyiniz səhvləri sıralamayın, yanlış davranmayın, tələsik və emosional qərarlar verməyin. Borc almaq və ya sərt qənaət rejiminə keçmək istəmirsinizsə, emosional olmayın, soyuqqanlı çalışın və deyilənlərə diqqətlə qulaq asın. Hər məsləhətə uymayın.

Axşam saatlarında dostlarla görüşün, gəzintiyə çıxın. Xəbər, mesaj və ya məktub ala bilərsiniz.

Söhbət zamanı gələcək planları müzakirə edin.

İşdə və ya şəxsi münasibətlər müstəvisindəki uğursuzluqlardan danışmayın.

Səhhətdəki problemlər müzakirə mövzusu deyil.

Xərçəng - mütləq şəkildə niyyətinizə çataraq planınızı reallaşdırmağa çalışın. Cəsur, məqsədyönlü, ağıllı və məntiqli olun. Aktiv çalışın, irəliləyin, yerinizdə saymayın, süst və ətalətli olmayın.

İş başa çatandan sonra bir qədər dincəlmək, gərginlikdən qurtulmaq, istirahət etmək olar. Sakit, aram yaşam aramayın. Ciddi problemləri həll etməsəniz, nigaranlıq, qıcıq, uğursuzluğa düçar olacaqsınız.

Axşam saatlarında alış-verişdə diqqətli olun, aldığınız nəsnələrin keyfiyyətini və istifadə müddətini yoxlayın.

Şir - gün ərzində emosional məzmunlu addımlar ataraq düşünülməmiş qərarlar qəbul etməyin. Günün iknci yarısında diplomatik davranın, özünütənqidi unutmayın.

Yaşlılara sayğı ilə yanaşın. Yaxın ətrafınızdakı insanlara gözəl estetik zövqünüzün olduğunu göstərin.

Xoşlanmadığınız insanın diqqəti, hətta "hədiyyə" vermək cəhdi ilə üzləşə bilərsiniz.

Axşam saatlarında rahatlıq arasanız da, ilk əvvəl narahatlıqla qarşılaşacaqsınız.

Səfər, təhsil, ünsiyyət, internetdə yazışma üçün əlverişli vaxtdır.

Emosiyalarınıza hakim olun.

Qız - nəyin bahasına olursa olsun, başlanmış işi başa vurun. Gərgin və emosional şəraitdə riskli addımlar ataraq müstəqil qərarlar qəbul edin.

İncikliyə vaxt sərf etməyin, əks təqdirdə işlər xoşagəlməz məcraya yönələcək. Günün ikinci yarısında dost ünsiyyəti, maraqlı xəbərlər, yeni yaradıcılıq ideyaları sizi stressdən qurtaracaq.

Əlaqələrlə ünsiyyətlərin bəzi qisminin virtuallaşacağı istisna deyil.

İnternetdə yazışmağa xeyli vaxt sərf edə bilərsiniz.

Şəxsi münasibətlərdə perspektiv və şanslarınızı dəqiqləşdirin, əvvəlki ssenariyə dəyişikliklər edin.