Faydalarını bilsəniz işə velosipedlə gedibgələcəksiniz


Digərləri 26 Mar 2019 23:25:00 170 0

Faydalarını bilsəniz işə velosipedlə gedibgələcəksiniz

Daha sağlam bir həyat üçün idman etməyin vacib olduğu hamıya məlumdur. Amma çox işləyən və idman etmək üçün vaxtı olmayan insanlar üçün çox ən ideal variant velosiped sürməkdir.

Son.az medicina.az-a istinadən velosiped sürməyin faydalarını təqdim edir:

Gün ərzində yarım saat velosiped sürmək ən yaxşı fiziki aktivlik növü hesab edilə bilər. Velosiped sürmək kardiovaskular xəstəlikləri, bir çox xərçəng növlərini və piylənməni uzaq edir.

Şəhərdə velosiped sürənlərin gün ərzində enerji səviyyələri daha yüksək olur. Velosiped sürmək depressiyanı da aradan qaldırır, həm beyni aktivləşdirir, həm də orqanizmi rahatladır.