Dağıstanda Nadir şahın hədiyyə etdiyi Quran kitabı aşkar edilib


Digərləri 26 Mar 2019 23:04:00 256 0

Dağıstanda Nadir şahın hədiyyə etdiyi Quran kitabı aşkar edilib

Dağıstanda Nadir şahın hədiyyə etdiyi Quran kitabı aşkar edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun Şərq Əlyazmaları Fondunda rəqəmli arxiv yaradılması prosesi zamanı Nadir şahın Dağıstan hakimlərindən birinə hədiyyə etdiyi yeddicildlik Quran kitabı, İncilin VII əsrə aid gürcü dilinə tərcüməsi və digər unikal kitablar, sənədlər aşkar edilib.