"Nəticədə, Allahın qəzəbinə tuş gəldilər"


Digərləri 26 Mar 2019 22:50:00 179 0

"Nəticədə, Allahın qəzəbinə tuş gəldilər"

"Hicr" surəsi 99 ayədən ibarətdir və Qurani-Kərimin "İbrahim" surəsindən sonra 15-ci surəsində yer tutsa da, məşhur təfsirə görə, hicrətdən öncə Məkkədə, "Yusif" surəsindən sonra və "Ənam" surəsindən öncə Peyğəmbərə (s) nazil olmuş 52-ci surədir.

"HİCR" SURƏSİNİN MÖHTƏVASI

Surə "müqəttəə hərfləri" - "Əlif, Lam, Ra" ilə başlayır və müqəttəə hərfləri ilə başlanılan surələrdə Quranın əzəməti və vəsfindən danışıldığından, bu surənin də ilk ayəsində Quran vəsf edilir və buyurulur:

الَرَ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُّبِينٍ

"Əlif, Lam, Ra! Bu, kitabın və açıq-aydın Quranın ayələridir."

Son.az maide.az-a istinadən bildirir ki, surənin 6-cı ayəsinə əsasən, kafirlər Peyğəmbəri (s) divanə hesab edir və ona nazil olan kitabın qaynağının məlum olmadığını deyirdilər. Surənin 9-cu ayəsində Allah-Taala onlara cavab verir və buyurur

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

"Həqiqətən, Biz Özümüz Quranı nazil etdik və şübhəsiz, Biz onu qoruyarıq."

Əgər kafirlər Peyğəmbəri (s) təkidlə divanə sayırdılarsa, Allah-Taala daha artıq təkidlə Quranın nazil olmasını və qorunmasını Öz müqəddəs zatına aid edir. Ayədə bildirilir ki, Quranda heç bir dəyişiklik və təhrif olunmamışdır. Bu müddəa "Fussilət" surəsinin 42-ci ayəsində də gözə dəyir:

لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ

"Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. (Heç bir batilin Qurana yolu yoxdur). O, hikmət sahibi, tərifə layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir."

Bəli, Allah Quranı qoruyacağını vəd etmişdir. Müsəlmanlar da ilk gündən Quranı qorumuş, onun yazıya alınması və hifzində ciddilik göstərmişlər. Hətta tarixdə Quran təlimi qadınlar üçün mehriyyə təyin olunmuş və müxtəlif insanlar vəhyi qələmə almaqla məşğul olmuşlar. Onlardan biri də Əmirəlmöminin Əlidir (ə). "Səqəleyn" hədisində də Peyğəmbərin (s) belə buyurduğunu oxuyuruq: "Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm: biri Allahın kitabı Quran, digəri isə Əhli-beytim..."

Sözügedən surənin 9-cu ayəsində buyurulduğu kimi, Quran "zikr"dir və qəlblər yalnız Allahı zikr etməklə və Quran oxumaqla aramlıq tapar.

Ümumiyyətlə, "Hicr" surəsi aşağıdakı mətləblərdən bəhs edir:

-Qurani-Kərimin əzəmət və əhəmiyyəti, onun təhrifdən, əskilib-artırılmaqdan qorunması;

-Peyğəmbərə (s) yaxılan iftira və töhmətlər;

-Yaradılış sirlərini mütaliə etməklə varlıq aləminin Rəbinə iman gətirmək;

-Məad, ölümdən sonrakı həyat və azğınların əzabı;

-Həzrət Adəmin (ə) yaradılış dastanı və İblisin üsyankarlığı;