Baxımsız piyada keçidləri


Digərləri 26 Mar 2019 22:54:00 198 0

Baxımsız piyada keçidləri

Bəzən piyadalar keçidlərdən istifadə etməməkdə günahlandırılır. Amma bəzi piyada keçidlərinin vəziyyətini gördükdə, sakinlərin onlardan niyə istifadə etmədikləri məlum olur. Çünki bir çox keçid zibillə dolub- daşir, bəzilərində isə eskalatorlar işləmir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bir çox yol qəzalarının səbəbi insanların piyada keçidlərindən istifadə etməmsidir. Amma paytaxtdakı bir çox piyada keçidlərinin vəziyyəti də bunda az rol oynamır.

Məsələn, Binəqədi rayonu Müşfiqabad qəsəbəsindəki yerüstü piyada keçidi bərbad vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, yerüstü keçid bir neçə il əvvəl tikilərək istifadəyə verilib. Əvvəllər keçid təmizlənsə də, sonradan baxımsızlıq üzündən keçilməz hala düşüb.

Sakinlər deyir ki, Bakı-Şamaxı magistralının üstündə olan həmin keçidə dəfələrlə təmizləmək üçün aidiyyəti qrumlara müraciət ediblər. Yeni inşa edilən keçidin problemi tək natəmizlik deyil. İşıqlandırma və məhəccərəri də yox səviyyəsindədir.