Bu yeməklər xərçəng və infartk riskini artırır SİYAHI


Digərləri 26 Mar 2019 22:35:00 183 0

Bu yeməklər xərçəng və infartk riskini artırır  SİYAHI

Ən sevilən "fast-food"lardan olan kartof qızartmasının orqanizmə mənfi təsir etdiyini bilirsinizmi?

Dondurulmuş qidalar ürək və diabet xəstəliyinə, hətta bədəndəki hüceyrələrin məhv olmasına səbəb ola bilir. Bəs dondurulmuş qidaların digər təsirləri barədə məlumatınız varmı?   Diabet

Son.az medicina.az-a istinadən bildirir ki, nişasta donmuş qidaları təzə saxlamaq üçün istifadə edilir. Eyni zamanda, yeməyə dad verir. Nişasta böyük miqdarda qlükozanın birləşməsindən əmələ gələn karbohidratdır. Orqanizm bu qlükozanı həzm etməzdən əvvəl şəkərə çevirir. Həddindən çox şəkər qəbul etmək diabet xəstəliyinə tutulma riskinizi artırır, həmçinin, hüceyrələrə zərər verir.

Ürək xəstəliyi

Dondurulmuş qidalar trans yağları ilə zəngindir. Bu, ürək xəstəliyinə tutulma riskini artırır, damar tıxanmasına stimul verir. Trans yağlarda xolestren səviyyəsi yüksəkdir. Bəzən dondurulmuş qidalarda daha çox duz var. Bu da xolesterin səviyyəsini və qan təzyiqini qaldırır.