Baş vermiş yanğınla əlaqədar avtobuslar sabah da dəyişilmiş


Digərləri 26 Mar 2019 22:08:00 218 0

Baş vermiş yanğınla əlaqədar avtobuslar sabah da dəyişilmiş

Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar prospektin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam etdiyindən sabah da həmin ərazidən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar dəyişilmiş sxem üzrə hərəkət edəcəklər.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata əsasən, sabah gün ərzində Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz hərəkətini təmin etmək məqsədilə Agentlik tərəfindən bütün zəruri addımlar atılmaqdadır.

BNA-nın İntelektual İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir. Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sxılığın yaranmaması üçün həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmək tövsiyə olunur. Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş edir.