Quran surələri ilə qısa tanışlıq –


Digərləri 26 Mar 2019 20:50:00 255 0

Quran surələri ilə qısa tanışlıq –

"Muhəmməd" surəsi Mədinədə nazil olmuş və 38 ayədən ibarətdir.

Son.az maide.az-a istinadən bildirir ki, bu surәnin 2-ci аyәsindә İslam Pеyğәmbәrinin (s) mübаrәk аdı çәkildiyindәn surә "Muhəmməd" аdlаndırılmışdır. Surənin ikinci adı isə "Qital"dır (Döyüş surəsi). Həmin ayədə belə buyurulur:

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَى مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِن رَّبِّهِمْ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ

"İman gətirib yaxşı işlər yerinə yetirənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə iman gətirənlərin günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) yaxşılaşdıracaqdır."

Həqiqətdə, cihad və İslam düşmənləri ilə mübarizə bu surənin əsas mövzusu olsa da, surədə möminlərlə kafirlərin vəziyyəti və xüsusiyyətləri də müqayisə edilir, onların axirətdəki əhvalı açıqlanır. Ümumiyyətlə, sözügedən surənin möhtəvasını bir neçə hissəyə bölmək olar:

1. İman və küfr məsələsinin bəyanı, dünya və axirətdə möminlərlə kafirlərin vəziyyətinin müqayisəsi;

2. İslam düşmənləri ilə cihad məsələsi və döyüş əsirləri barəsində aşkar göstərişlər;

3. Surənin diqqəti cəlb edəcək hissəsi münafiqlərin vəziyyətinə həsr olunur. Çünki bu surənin ayələri nazil olduğu zaman onlar Mədinədə çox geniş təxribat xarakerli fəaliyyətlərə başlamışdılar;

4. Surənin bir qismində yer üzünü gəzib dolanmaq və keçmiş qövmlərin başına gələnlərdən ibrət götürmək məsələsi önə çəkilir;

5. Surənin bir qisim ayələrində ilahi sınaq və imtahan məsələsi bəyan edilir;

6. Bəzi ayələrdə bir növ cihad sayılan infaq və möhtaclara yardım məsələsindən, eləcə də, onun müqabil nöqtəsi olan xəsislikdən söz açılır.

Bir sözlə, bu surə müsəlmanlarla İslam düşmənləri arasında qarşıdurma yarandığı bir zaman nazil olur. Bəzi təfsir alimləri onun Ühüd müharibəsinin şiddətli vaxtında və yaxud ondan az sonra nazil olduğu qeyd olunur. Hər halda, İslam düşmənləri ilə cihad bu surənin əsas mövzusunu təşkil edir, digər məsələlər isə onun mehvərində dövr edir. Böyük əhəmiyyət daşıyan bu döyüş möminlərlə kafirlər və münafiqlərin səflərini bir-birindən ayırdı, İslamın sütunlarını möhkəmlətdi, İslam və müsəlmanları məhv etmək istəyən düşmənlərə ağır zərbələr endirdi. ("Təfsiri-nümunə", 21-ci cild, səh.388-389.)