Nurlu iman həyatı küfrün qaranlığı ilə bərabər deyil


Digərləri 26 Mar 2019 20:40:00 221 0

Nurlu iman həyatı küfrün qaranlığı ilə bərabər deyil

Allah-Taala Qurani-Kərimin "Ənam" surəsinin 122-ci ayəsində buyurur:

أَوَمَنْ كَانَ مَیتًا فَأَحْیینَاهُ وَجَعَلْنَا لَهُ نُورًا یمْشِی بِهِ فِی النَّاسِ كَمَنْ مَثَلُهُ فِی الظُّلُمَاتِ لَیسَ بِخَارِجٍ مِنْهَا كَذَلِكَ زُینَ لِلْكَافِرِینَ مَا كَانُوا یعْمَلُونَ

"Heç (imandan əvvəl) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün gözünə nur verdiyimiz kəs zülmətlər içində qalıb çıxa bilməyən kəs kimi ola bilərmi? Beləcə, kafirlərə etdikləri işləri gözəl göstərilir."

Ayənin nazilolma səbəbi

Son.az maide.az-a istinadən bildirir ki, təfsirçilərin qeydlərinə əsasən, bu ayə Peyğəmbərin (s) əmisi Həmzənin iman gətirməsi ilə bağlı nazil olmuşdur. O, nəhayət, bir gün Əbu Cəhlin Həzrət Peyğəmbərə (s) vurduğu tənələrindən bərk narahat olaraq onu möhkəm cəzalandırır və özü də iman gətirərək həmin vaxtdan şəhadət gününədək İslamın rəşadətli sərkərdəsinə çevrilir.

Misal çəkilən ayədə iki xüsusiyyət diqqəti cəlb edir:

1. Küfrdən sonra iman, yaxud ölümdən sonra dirilik.

2. Zülmətdən sonra iman nuru ilə işıqlanan həyat.

Quran ayələri mömini diri, kafiri isə ölü adlandırır: