FHN: Mülki geyimli şəxslər DYMXnin əməkdaşları olublar


Digərləri 26 Mar 2019 18:20:00 208 0

FHN: Mülki geyimli şəxslər DYMXnin əməkdaşları olublar

Son.az bildirir ki, FHN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu gün bəzi sosial şəbəkə səhifələrində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın zamanı mülki geyimli şəxslərin də yanğının söndürülməsində iştirak etməsini əks etdirən videogörüntü paylaşılıb.

Bildirir ki, həmin videogörüntüdəki mülki geyimli şəxslər əslində FHN-nin DYMX-nin yanğınsöndürənləridir, bu gün onların istirahət günləri olmasına baxmayaraq, hadisə yerinə yaxınlıqda yaşadıqlarından öz həmkarlarına kömək məqsədilə əraziyə gəliblər.