Yerevan meri şəhəri zibildən təmizləməyə çağırdı


Digərləri 26 Mar 2019 18:13:24 225 0

Yerevan meri şəhəri zibildən təmizləməyə çağırdı

Yerevanda ötən ilin yay aylarından etibarən zibillərin toplanması problemi yaşanır

Bakı. Yerevanda ötən ilin yay aylarından etibarən məişət tullantılarının toplanması problemi yaşanır. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, şəhər meri Ayk Marutyan küçələrdən zibillərin toplanması ilə məşğul olan "Sanitek" şirkəti qarşısında ultimatum qaldırıb. Mer zibillərin qısa zaman ərzində yığışdırılmasını tələb edib. Əks təqdirdə bu sahə üzrə yeni şirkətin cəlb olunacağını bildirib.