Narkotiklə tutulan şəxslərin oğurluq etdikləri də aşkarlandı


Kriminal 26 Mar 2019 17:53:00 259 0

Narkotiklə tutulan şəxslərin oğurluq etdikləri də aşkarlandı

Şirvan şəhər sakinləri narkotiklə yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Pünhan Tağıyev və Mirzəli Məmmədov polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda saxlanılaraq şöbəyə gətirilib.

Onların üzərində axtarış keçirilən zaman şəxsi istehlak miqdarından artıq heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.