"Köçəryan çoxdan həbsxanda oturmalı idi" FOTO


Dünya 26 Mar 2019 17:07:00 192 0

"Köçəryan çoxdan həbsxanda oturmalı idi"  FOTO

Ermənistan Xalq Partiyasının sədr müavini Qriqor Arutyunyan deyib ki, onun qənaətinə görə keçmiş prezident Robert Köçəryan çoxdan dəmir barmaqlıqlar arxasında olmalı idi.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, AzadlıqRadiosunun erməni xidməti yazır ki, son 20 ildə Arutyunyan Köçəryanın 1998-ci ildə hakimiyyəti qəsb etdiyini dəfələrlə bəyan edib. O, 1998-ci il seçkisi zamanı Robert Kocharianın xeyrinə edilmiş saxtalaşdırmalar və seçicilərə göstərilən təzyiqlərdən də söz açıb.

Onun sözlərinə görə, məsələn, partiyanın ovaxtkı lideri Karen Dəmirçiyana verilmiş 1100 bülletinin Köçəryanın adına keçirildiyinin şəxsən şahidi olub. Arutyunyan deyib ki, Dəmirçiyana verilmiş səslərin bülletenlərini Sevan (azərbaycanca Göycə - red) gölündə məhv edirdilər.

"Karen Dəmirçiyana bu saxtakarlıqlar barədə bəyanat verməyə nə mane olurdu" sualının cavabında Arutyunyan deyib: "Karen Dəmirçiyan dedi ki, rəsmi nəticələri qəbul edir. Əlbəttə, o deyirdi ki, bunu seçki nəticəsi saymaq olmaz.Xalq bu nəticəni qəbul etmir, amma mən qəbul etməyə borcluyam. Çünki mən neçə illər ölkəyə rəhbərlik etmiş bir adamam".

Arutyunyanın sözlərinə görə Dəmirçiyan bunu belə izah edirdi: "Niyə qəbul edirəm? Mən müharibə edən ölkədəki vəziyyəti nəzərə alıram".

Arutyunyan keçmiş prezident və onun tərəfdarlarına işarə ilə bildirib:

"Dəmirçiyan müəyyən mənada düzgün addım atmışdı, çünki 2004-cü ildə gördüklərimiz onların necə bir adam olduqlarını göstərdi. Bu, 2008-ci ilin 1 martında da təsdiq olundu. Görünür Karen Dəmirçiyan irəli baxırdı".

"Seçki saxtakarlıqlarına görə cinayət işi qaldırılmalıdırmı" sualına, cavab olaraq Qriqor Arutyunyan deyib ki, bir çox faktları təqdim etmək olar, amma bircə bülleten də salamat qalmayıb. O bildirib ki, hadisənin üstündən 21 il keçib və indi heç nəyi sübut etmək mümkün olmayacaq.