"Diqlas"ın zirzəmisində yanğın söndürülür VİDEO FOTO


Digərləri 26 Mar 2019 16:20:00 208 0

"Diqlas"ın zirzəmisində yanğın söndürülür  VİDEO  FOTO

Bakıda "Diqlas" ticarət mərkəzinin zirzəmisində yanğının söndürülməsi işləri davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət mərkəzinin binasındakı yanğın məhdudlaşdırılsa da, zirzəmidə söndürülmə işləri davam edir. Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyəti, 20-dən artıq texnikası cəlb edilib.

Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən, tikinti materialları, geyim əşyaları yanıb.

Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq.


Xəbərə aid fotolar