Bakıda ticarət mərkəzinin zirzəmisində yanğınsöndürmə işləri davam edir (FOTO/VİDEO)


Digərləri 26 Mar 2019 16:06:00 184 0

Bakıda ticarət mərkəzinin zirzəmisində yanğınsöndürmə işləri davam edir (FOTO/VİDEO)

Bakıda "Diqlas" ticarət mərkəzinin zirzəmisində yanğının söndürülməsi işləri davam edir.

Bakı. Samir Əli - Bakıda "Diqlas" ticarət mərkəzinin zirzəmisində yanğının söndürülməsi işləri davam edir. Trend-in məlumatına görə, ticarət mərkəzinin binasındakı yanğın məhdudlaşdırılsa da, zirzəmidə söndürülmə işləri davam edir. Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyəti, 20-dən artıq texnikası cəlb edilib.