Netanyahu Qəzzaya ordu yeridəcəyi ilə hədələdi


Dünya 26 Mar 2019 15:46:00 182 0

Netanyahu Qəzzaya ordu yeridəcəyi ilə hədələdi

İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağına ordu yeridəcəyi ilə hədələyib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki. bu barədə İsrail mənbələri yazıblar.

Onun sözlərinə görə, İsrail ordusunun Xa-Şaron şəhəri yaxınlığında partlamış raketə görə verdiyi cavab "çox güclü olub".

Vaşinqtonu tərk edərkən baş nazir onu da bildirib ki, terrorçular lazım gələrsə, Qəzzanın ərazisinə "daxil olacağımızı və orada bütün zəruri təhlükəsizlik tədbirlərini görəcəyimizi bilməlidirlər".