Azərbaycanın bu kəndinə 20 santimetr qar yağdı


Digərləri 26 Mar 2019 14:14:00 249 0

Azərbaycanın bu kəndinə 20 santimetr qar yağdı

Quba rayonunun Qırız kəndinə yağan qarın hündürlüyü 20 santimetrə çatıb.

Son.az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Axar.az-a bildiriblər ki, qar Quba ilə yanaşı, Qusar və Xızı rayonlarının dağ kəndlərinə də yağıb.

Martın 25-dən yağmağa başlayan qarın hündürlüyü Qubanın Xınalıq kəndində 9, Təngəaltında 4, Xızının Altıağac kəndində isə 6 santimetr təşkil edir.

Qar yağması ilə əlaqədar temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qırız kəndində qeydə alınıb.