Erməni ordusunda biabırçılıq


Digərləri 26 Mar 2019 13:39:00 296 0

Erməni ordusunda biabırçılıq

Ermənistanda hərbi qulluqçu bölüyün yataqxanasında yatmış vəziyyətdə olan xidmət yoldaşına qarşı seksual xarakterli hərəkətlər edib.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. Erməni dilində olan məlumatı isə portalımız üçün Telman Qasımlı tərcümə edib.

Məlumata əsasən, Syunik vilayətinin Ümumi Səlahiyyətli Məhkəməsində Davit Sarsyanın sədrliyilə müddətli hərbi qulluqçu S.X-nın işi üzrə məhkəmə istintaqı başa çatıb.

İttihama görə, 1999-cu il təvəllüdlü sıravi S.X 2018-ci il noyabr ayının 18-də gecə saat 00:30 radələrində, "yat" komandasından sonra bölüyün yataqxanasında, qonşu yataqda yatmış xidmət yoldaşının yatdığından istifadə edərək ona qarşı cinsi xarakterli hərəkətlər etmişdir. Sıravi  S. X-ya Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 139-cu maddəsinin 1-ci bəndinə əsasən ittiham irəli sürülərək sözü gedən şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.