Bayramdan sonra ilk iş gününün havası: yağmursuz, küləkli


Digərləri 26 Mar 2019 13:20:00 169 0

Bayramdan sonra ilk iş gününün havası: yağmursuz, küləkli

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 4-6° isti, gündüz 10-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti təşkil edəcək.