SOCAR Gürcüstandakı terminal vasitəsilə daşımaların həcmini açıqlayıb


Digərləri 26 Mar 2019 12:49:00 242 0

SOCAR Gürcüstandakı terminal vasitəsilə daşımaların həcmini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci il mayın 16-dan bu günədək Gürcüstanın Kulevi limanında neft terminalı vasitəsilə 20,355 milyon ton neft məhsulu nəql edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə SOCAR-dan bildiriblər.

Bundan başqa, həmin müddət ərzində 4 milyon tona yaxın xam neft nəql olunub.

Daha əvvəl şirkətdən bildirmişdilər ki, 2019-cu ildə daşınma həcmlərinin ildə 500 min ton artırılacağı gözlənilir.