Müğənni klip çəkilişində özünü güllələdi


Digərləri 26 Mar 2019 11:59:00 195 0

Müğənni klip çəkilişində özünü güllələdi

Amerikalı 35 yaşlı kantri müğənnisi Castin Karter ehtiyatsızlıq nəticəsində tapança ilə özünü güllələyib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda The Sun nəşri məlumat yayıb.

Bədbəxt hadisə Hyüstonda, klip çəkilişləri zamanı baş verib. Musiqiçi rekvizit qismində istifadə olunan tapançanın tətiyini çəkib. Silahın içində patron olduğundan, açılan güllə onun başına tuş gəlib və müğənni yerindəcə keçinib.