FHN əməkdaşı ticarət mərkəzindəki yanğını söndürərkən xəsarət alıb


Digərləri 26 Mar 2019 10:58:53 174 0

FHN əməkdaşı ticarət mərkəzindəki yanğını söndürərkən xəsarət alıb

FHN əməkdaşı ticarət mərkəzindəki yanğını söndürərkən xəsarət alıb.

Bakı. Samir Əli - Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi zamanı Fövəqladə Hallar Nazirliyinin (FHN) əməkdaşı xəsarət alıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yanğınsöndürmə briqadasının bir əməkdaşı sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə 6 yanğınsöndürmə briqadası cəlb edilib.