Fövqəladə hallar naziri yanğın baş verən əraziyə gəldi


Digərləri 26 Mar 2019 10:37:00 228 0

Fövqəladə hallar naziri yanğın baş verən əraziyə gəldi

Paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində yanğın davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.

Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.