Türkiyədə Azərbaycan vətəndaşı itkin düşüb


Digərləri 26 Mar 2019 09:59:00 184 0

Türkiyədə Azərbaycan vətəndaşı itkin düşüb

Türkiyədə 18 yaşlı Azərbaycan vətəndaşı Abduləvval Orucov itkin düşüb. 

Son.az xəbər verir ki, bu barədə modern.az-a Orucovun anası Afət Bəşirova məlumat verib. Onun sözlərinə görə, oğlunu sonuncu dəfə fevralın 12-də görüb. 

"Oğlum Anadolu liseyini qazanmışdı. Amma yaşadığımız əraziyə görə Rezonhas liseyinə getməyə başladı. Bir müddət sonra maddi sıxıntılara görə liseyi bir il dondurduq və açıqdan oxumağa başladı. Dedi işləyim, 1 il içində pul toplayım davam edim. Ondan sonra mənimlə çalışdıgım iş yerinə gəlir, mənə kömək edirdi. Çox zaman da işdən bərabər çıxıb evə gedərdik. Fevralın 12-də yenə iş yerinə gəldi, dedi ana icazə verərsənsə bu gün işləməyim. Dogrusu ona başqa yerdə iş tapmışdıq. Mən də dedim ki, get dincəl, yeni işinə də dinc şəkildə başlarsan".  Oglu Abduləvvalla günorta iş yerində ayrılan ana bir daha da onu görməyib. Amma o gün baş verənlər də şübhəli olub:

"Bir neçə dəfə telefonunu yığdım, dedim hardasan. Dedi Maltəpədə (İstanbulda rayon adı) parkda oturmuşam. Dedim vaxtında get evə. Bir neçə saat sonra yenə zəng etdim, eyni cavabı aldım. Dedim dur evə get, mən də gəlirəm, bu soyuqda nə işin var parkda. Evə getdim, saat 10 oldu, oğlum yoxdu. Bir daha yığdım dedi Trabzona gedir, yoldadır. Bu cavabdan atası da, mən də şok olduq. Biz 4 ildir İstanbuldayıq, ilk dəfə oğlum bizə demədən harasa gedirdi. Hara gedirsən geri gəl, kimlə gedirsın desək də, cavab ala bilmədik".