Mey: "Deputatların dəstəyi olmazsa, "Brexit" təhlükə altında qalacaq"


Dünya 26 Mar 2019 09:24:00 200 0

Mey: "Deputatların dəstəyi olmazsa, "Brexit" təhlükə altında qalacaq"

Əgər Böyük Britaniya deputatları bu həftə Avropa İttifaqı ilə ölkənin bu qurumdan çıxması üzrə razılaşmanı dəstəkləməsələr "Brexit" uzun müddət ləngiyəcək və ya ümumiyyətlə baş tutmayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey deputatlara müraciətində deyib.

T.Mey bildirib: "Əgər İcmalar Palatası bu həftə Aİ-dən çıxmaq üzrə razılaşmanı dəstəkləməsə və razılaşmasız çıxmağa hazır olmasa, biz daha uzun möhlət haqqında fikirləşməli olacağıq, bu isə Böyük Britaniyanın Avropa Parlamentinə seçkilər keçirəcəyinə gətirib çıxaracaq və "Brexit"in baş tutacağına zəmanət verə bilməyəcəyik".