ABŞda it öz həyatı bahasına sahiblərini xilas edib


Digərləri 26 Mar 2019 09:29:00 216 0

ABŞda it öz həyatı bahasına sahiblərini xilas edib

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) it öz həyatı bahasına sahiblərini xilas edib.

Son.az Trend-ə istinadən bildirir ki, Laura Martines ailəsinin evindən qiymətli əşyalar, paltar və pul itdikdən sonra görüb ki, onun oğlunun tanışlarından biri - Xavian Kastenada - "Snapchat" sosial şəbəkəsində onun oğluna məxsus papaq ilə foto paylaşıb.

Bundan sonra L.Martines yeniyetmənin ailəsi ilə danışmaq üçün onların evinə gedib, lakin X.Kastenada onu hədələyib. Daha sonra yeniyetmə L.Martinesin evinə gələrək silahdan atəş açmağa başlayıb.