Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, ölənlər var


Digərləri 26 Mar 2019 09:07:50 179 0

Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, ölənlər var

Egey dənizində, Türkiyə sahillərində Yunanıstanın Midilli adasında qeyri-qanuni yolla keçmək istəyən miqrantları daşıyan qayıq batıb

Bakı. Egey dənizində, Türkiyə sahillərində Yunanıstanın Midilli adasında qeyri-qanuni yolla keçmək istəyən miqrantları daşıyan qayıq batıb. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, batan qayıqda 15 nəfər olub. Hadisə nəticəsində 4 nəfər həlak olub, 1 nəfər isə itkin düşüb. Qeyd edilir ki, ölənlərdən biri uşaq olub.