Sümük vərəmi


Digərləri 25 Mar 2019 23:50:00 405 0

Sümük vərəmi

Vərəm "Mycobacterium tuberculosis", yəni vərəm bakteriyalarının əmələ gətirdiyi bir xəstəlikdir və daha çox hava-damcı yolu ilə yayılır. Sümük vərəmi bu xəstəliyin ağciyər vərəmindən sonra ən təhlükəli növü olub, həmin bakteriyanın sümüyə keçməsi nəticəsində yaranır. Ən çox onurğada müşahidə edilir. Onurğa sütünunun vərəminin xüsusi adı Pott xəstəliyidir. Xəstəliyə dəqiq diaqnoz qoymaq üçün pasiyentlər vərəm üçün testlərdən keçməli və həmin bölgədən alınan toxumalar biopsiya edilməlidir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının uzman ortoped-travmotoloqu Vüqar Quliyev məlumat verib.


Xəbərə aid foto