Yad planetlərdəki varlıqlar necə görünürlər? Veneranın sıx buludları arasında həyat FOTO


Digərləri 25 Mar 2019 22:55:00 261 0

Yad planetlərdəki varlıqlar necə görünürlər?  Veneranın sıx buludları arasında həyat  FOTO

Astrobioloqlar həyatın ilkin əlamətlərini Yer kürəsinə ən yaxın olan planetlərdə və onların peyklərində axtarmağı məsləhət görür. Araşdırmalara görə, Venera ilə Marsda olan mikroorqanizmlərin Avropa və Enceladusda yaşaması üçün uyğun ekoloji şərtlər mövcuddur.

Son.az Günəş sistemində Yer kürəsində yaşamayan canlılarla qarşılaşmanın ehtimal olunduğu yerləri təqdim edir.

VENERANIN ATMOSFERİ

İngiltərəli mütəxəssislər Venera planetinin səthindən 51-65 kilometr yüksəkdəki boşluqlarda yaşayan canlıların olduğunu düşünür. Oradakı hava temperaturunun 20-65 dərəcə olduğunu təsbit edən elm adamları atmosferin yüksək nisbətdə sulfat turşusu (kükürd) qarışığı olan su buxarından əmələ gəldiyini kəşf edib. Bu cür şəraitlərdə isə sulfatla qidalanan ekstremofil bakteriyaların (ekstremal temperatur, turşuluq, qələvilik və ya kimyəvi konsentrasiyanın şəraitində yaşayan mikroorqanizm) yaşaması mümkündür.

Dünyada isə bu canlılar yeraltı su qaynaqları, oksigensiz depolar, daimi donan torpaq kimi həyat üçün ən uyğunsuz şəraitlərdə və şərtlərdə yaşayırlar. Bəzi mikroblar Günəş enerjisinin köməyi ilə assimilyasiya etdikləri qeyri-üzvi maddələrlə qidalanmağa uyğunlaşıblar. Enerjilərini fotosintez yolu ilə əldə edən bir bakteriya növü olan siyanobakteriyalar isə 70 dərəcəyə qədər istilik olan şəraitdə qala bilir.

Ehtimallara görə, Venerada daha öncə su okeanları və biosfer olub. Ancaq daha sonra zərərli qazların təsiri ilə planet quru və steril bir səhraya çevrilib. Oradakı torpaqda həyatın olma ehtimalı çox az olsa da, bu planetdə canlıların yaşaya biləcəyi tək yer atmosferdəki buludlardır. Məsələn, "Mezofilik deinokok" bakteriyaları 10 kiloqray dəyərində radiasiyaya belə dözümlüdür. "Termik qammatolerans"lar isə 88 dərəcə istiliyə tab gətirə bilir və 3 kiloqray şüaya dözür.

MARSDA YERALTI OKEAN

Bir çox elm adamı Mars və Yer kürəsinin 3-4 milyard ilə öncə bir-birinə bənzədiklərini və hər ikisində də bol su olduğunu təxmin edir. Marsda bəzi ərazilərin okeanın periodik olaraq nəmləndirdiyi bataqlıqdan ibarət düzənlik olduğu ehtimal olunur. Orada 2.3x107 kub-kilometr su deposu ola biləcəyi də ehtimallar arasındadır. Bu suyun 1/3 hissəsinin buraxlandığı, 1/3 hissəsinin qütblərdə buza çevrildiyi, qalan qismininsə yerin altında buz şəklində qalmış ola biləcəyi düşünülür. Gənc Marsın iqlimi Yer kürəsindəkinə bənzəməyib və soyuq olub. Ancaq NASA mütəxəssisləri "Qırmızı planet"in həyatın beşiyi ola biləcəyinə inanır.


Xəbərə aid fotolar