Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu


Digərləri 25 Mar 2019 23:05:00 220 0

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydan çox tez-tez istifadə edildiyi üçün, mətbəximizdə ən çox çirklənən mətbəx əşyalarındandır. Daim göz önündə olması isə xanımların çaydan təmizliyinə daha çox diqqət göstərmələrinə səbəb olur. Çaydan təmizliyi üçün hər kəsin öncə yönəldiyi marketlərdə satılan hazır məhsullardır. Bu məhsullar olduqca təsirli olsalar da, kimyəvi xüsusiyyətləri olduğu üçün təhlükəlidir.

Son.az çaydanı ən təbii və asan üsullarla təmizləməyin qaydasını təqdim edir.

Sirkə ilə çaydan təmizliyi

1 stəkan alma sirkəsini çaydanın içərisinə töküb 15-20 dəqiqə qaynadın. Sonra çaydanı bol su ilə yuyun. Bu üsul sayəsində çaydanı içindəki ərpdən təmizləyəcəksiniz.