Praktik şopinq: Dəbdən heç vaxt düşməyən 7 trend FOTO
Digərləri 25 Mar 2019 22:44:00 238 0
Dəb sənayesi inanılmaz sürətlə trendləri ştamplayır. Bu isə o deməkdir ki, bu gün dəbdə olan hər hansı geyim böyük ehtimalla bir müddət sonra artıq aktual olmayacaq. Belə olan halda geyimlərə çoxlu pul xərcləməyə dəyərmi? Düşünürük ki, düzgün cavabı özünüz artıq bilirsiniz.
Son.az bu yazıda modapərəstləri uzun müddət istifadə edə biləcəyiniz universal geyimlərlə tanış edir.
Güllü kimono
Parlaq kimono isti havalarda qarderobun "ərköyün" detalı ola bilər. Onun sayəsində siz asanlıqla fərqli obrazlar yaradacaqsınız. Ulduzların küçə stilindən nümunə götürün. Onlar kimononu üst geyim kimi cins şalvar və toplarla kombin edir.
Çəhrayı bleyzer
Açıq rəngli pencəkləri demək olar ki, istənilən butikdə tapmaq olar. Bu mövsüm demokratik brendlər pencəklərdə də əsasən açıq tonlara üstünlük verib.
Şəffaf ayaqqabı
Şəffaf ayaqqabıların klassik modellərinə pul xərcləməyə qorxmayın. Onların materialı görünməz, dabanı isə hündür olduğu üçün boyunuzu vizual baxımdan daha hündür göstərməyə qadirdir. Odur ki, ürəkli olun.
Önü düyməli, qısqaol köynəklər