Xoşbəxtliyə aparan YOLLAR: Paulo Koelyodan 5 VACİB MÜDDƏA


Digərləri 25 Mar 2019 22:15:00 214 0

Xoşbəxtliyə aparan YOLLAR: Paulo Koelyodan 5 VACİB MÜDDƏA

Hamımız taleyimizi tapmaq, yaxşı əməl sahibi olmaq, "şəxsi əfsanəmizi" yazmaq və onu həyata keçirmək, problemlər divarını və ya hər hansı maneəni aşmaq üçün özümüzdə güc tapmağa çalışırıq. Bəyənməsək də, həmişə seçimlərimiz var.

Hamımız qalib doğulmuşuq, amma illər bizdə özünə inam hissini öldürür. Hər birimiz uşaqlıqda arzuladığımız insan ola, istənilən zirvəni fəth edə bilərik, sadəcə bizim üçün "komfort zonasından" çıxmaq, adi qrafiki pozmaq və lazımlı yerlərdə "yox" demək qorxuludur. Bütün bunlar, xüsusilə "yox" deyə bilməmək qarşıya qoyduğumuz məqsədlərdən bizi bir neçə il uzaqlaşdırır.

Son.az bu yazıda oxucuları Paulo Koelyonun xoşbəxtliyə aparan 5 əsas müddəaları ilə tanış edir. Hansı ki, yazıçının bu fikirləri sizdə özünəinam hissini bərpa edəcək.

1. Bəzən ardınca kimin gəldiyini görmək üçün qaçmalısan

Hamımız səhv edirik, amma hər kəsin ikinci cəhdə şansı var. Xoşbəxtlik və daxili qüvvə bizi sövq edə bilər ki, istənilən dağları yaraq, əsas odur ki, kiməsə lazım olduğumuzdan əmin olaq. Çatışmayan kiçik cəhətlərimizə, heç də həmişə uğurlu olmayan ideyalarımıza baxmayaraq sevildiyimizdən əminlik hissi bizi ruhlandırır və qaranlıq bir otaqda işığı görmək üçün stimul verir.

Hamımız nə zamansa həyatın zərbələrindən yıxılmışıq, amma hər kəs ayağa qalxmaq üçün özündə güc tapmır. Kim ki, yaşamaq üçün özündə güc tapır, əlini və ümidlərini həyatdan üzmür, o kəs təkcə daxili gücünə deyil, lazım olan anda ona kömək əlini uzadan şəxsə də minnətdar olmalıdır.

Bəzən daha bir addım atmaq üçün risk etmək və imkanlar tapmaq lazımdır. Ola bilsin ki, getdiyimiz yer qorxuludur, amma ona doğru getməyi çox istəyirsən. Axı nəyə qadir olduğunu yalnız risk edərkən anlayırsan. Yerində oturub saymaqla məqsədinə nail olmayacaqsan. Və əgər yaxınlarının simasında dəstək görürsənsə, onlar sənə uğur əldə edəcəyinə dair inam hissi aşılayırlarsa, deməli, yanındakılar doğru insanlardır.

Risk etmək qorxusu bizə uşaqlıqdan təlqin edilir. "Oraya getmə", "Buna toxunma", "Ona əl vurma" , yaxud da sadəcə "yox" sözü ilə bizi məhdudlaşdırıblar. Öyrəşmişik ki, hər hansı bir təşəbbüsdə çərçivələr olsun və onları aşmağa qadağa qoyulsun. İnanmağa məcbur edirlər ki, heç nə bizdən asılı deyil. Əslində isə əsas şey - xoşbəxtliyimiz elə bizdən asılıdır.

2. Bəzən kimin səni həqiqətən dinlədiyini görmək üçün daha sakit danışmaq lazımdır

Heç vaxt səhv etməkdən qorxma, çünki lazımlı və düzgün hesab etdiyin bu mərhələ də konkret olaraq sənin üçün lazımdır və bu, ən doğrusudur. Həyatın bu məqamında sən başqa cür davrana bilməzdin. Qoy, bir il sonra hər şey dəyişsin, amma bilirsən ki, sən ürəyin əmr etdiyi kimi davrandın. Bu, sənin qərarındır, özgənin deyil. Bütün qərarların sənin istəklərin üzərində qurulmalıdır, başqalarının fikrinə əsaslanmalı deyil.

Bütün günahı çiyinlərindən atmaq, vaxtını öldürmək və ya maddi fayda qazanmaq üçün hamımız istifadə olunuruq, lakin biz də tez-tez şüurlu və şüursuz şəkildə başqalarından istifadə edirik. Ancaq insanlara eşitmək istədiklərini deyil, özünüzün demək istədiklərinizi çatdırın.

İnsanlar özünümüdafiə instinktinə malikdir, lakin doğma və yaxınların qarşısında bu "zireh" aradan qalxır, funksiyasını itirir. Düşüncələrinizi söyləməkdən qorxmayın, çünki vacib şəxs sizi dinləyəcək və özü üçün bir xülasə çıxaracaq. Lazım olmayan isə uzunmüddətli müzakirələrdən sonra da heç nə anlamayacaq. Odur ki, yaxınlarınıza qarşı daha diqqətli olun, çünki verdiyiniz məsləhətlər onların gələcək taleyi və qərarlarıdır. İnsanları tanımaq üçün öyrənin, amma onları "pis" və "yaxşı" qrupa bölməyin, "doğma" və "yadlar"a ayırın.

Hər birimizin çox yaxşı və çox pis xüsusiyyətləri var, lazım olan adamları biz özümüz seçirik. Qəlbimizdə daim mələklərin və şeytanların mübarizəsi gedir. Və hər gün biri qalib gəlir, digəri məğlub olur. Lakin yadda saxlamaq lazımdır ki, hətta qaranlıq tərəflərin xoş niyyətləri var. "İn və Yan" nəzəriyyəsini xatırlayın, onda yaşamaq asan olacaq.

3. Bəzən yanında kimin olduğunu görmək üçün bir addım geri çəkilməlisən

"Köləlik" sözünə fikir verin. O həm mənəvi, həm də fiziki mənada ola bilər. Mənəvi köləlik daha təhlükəlidir, çünki bədən çirki təmizləyə, coğrafi mövqeyini və temperatur rejimini soyuqdan istiyə dəyişə bilər. Amma ürək əsrlərlə kölədir. Mənəvi köləlik bədəni hərəkət etdirməz, çünki bu köləliyin sərhədləri digər insanların qərarlarıdır. Bədən hərəkətlidir, ruhun isə hər zaman öz çərçivələri var.