Yumruq sıxarkən BAŞ BARMAĞA DİQQƏT: Haqqınızda hər şeyi deyir FOTO


Digərləri 25 Mar 2019 22:04:00 325 0

Yumruq sıxarkən BAŞ BARMAĞA DİQQƏT: Haqqınızda hər şeyi deyir  FOTO

İnsanın xarakter və xasiyyətləri, həmçinin, vərdiş və davranışları onun daxili dünyasını açıq şəkildə ortaya qoymasa da, onun haqqında çox şeylər deyir.

Son.az xəbər verir ki, insanın ən sadə davranışlarından, fərqində olmadığı halda etdiklərindən onun necə biri olduğunuu təyin etmək mümkündür. Məsələn, yumruq sıxmaq hər insanda fərqlidir. Buna görə insanların xarakteri də bir-birindən fərqlənir.

Yumruğunuzu sıxan zaman:

1.Baş barmaq üstdədirsə

Yəqin ki, dünyada ən enerjili insan sizsiniz. Davamlı olaraq yeni bilgi öyrənməyə çalışır və hər gördüyünüz bilgini qucaqlayırsınız. Televiziya qarşısında vaxt keçirmək isə heç sizlik iş deyil.

Fədakarsınız və qarşınızdakına səbəbsiz yerə yardım edəcək qədər kübar insansınız. Güvəniləcək insanlığınız sayəsində ətrafınızdakı hər kəsdən rəğbət toplayan və hörmət görən insansınız. Bu özəllikləriniz sayəsində ətrafınızdakılara ilham qaynağı ola bilər və dəyər verilən bir liderə çevrilə bilərsiniz.

2. Baş barmaq içəridədirsə

Ağllı və danışmağı sevənsiniz. Yeni dostlar qazanmaqda isə çox da uğurlu deyilsiniz. Ətrafınızdakılarda ilk baxışda sizi susqun və qaraqabaq təəssüratı yarada bilərsiniz. Ancaq onlar sizi tanıdıqca nə qədər yumşaq və həssas biri olduğunuzu anlayacaq.

Qarşınıza çıxan bir problemin təməlini görmək və həll yollarını tapmaq mövzusunda təbii bir istedadınız var. Zəkalı və hiyləgərsiniz. Hisslərinizdə yanılmırsınız və əksər vaxt haqlı çıxırsınız. Verdiyiniz qərarlar hər zaman doğrudur.

Həssas və düşüncəli tərəflərinizlə yanaşı, bəzən həddən artıq narahatlıq keçirirsiniz və özünəinam yoxsulluğu çəkirsiniz. Bunun öhdəsindən gəlmək üçün sizinlə yalnız sözlərlə deyil, hiss və anlayışla danışa biləcək birinə ehtiyacınız var.


Xəbərə aid fotolar