Təyyarə yanlış ölkəyə uçub


Digərləri 25 Mar 2019 21:44:00 206 0

Təyyarə yanlış ölkəyə uçub

Londondan Almaniyanın Düsseldorf şəhərinə getməli olan "British Airways" hava yollarına məxsus təyyarə yanlışlıqla Şotlandiyanın paytaxtı Edinburqda eniş edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb pilota səhv məlumat verilməsi olub. Sərnişinlər yanlış ölkəyə gəldiklərini pilotun Edinburqa yaxınlaşdığını açıqladığı zaman biliblər. Hava limanında sərnişinlər 2 saat yarım gözləyiblər. Yanacaq doldurulduqdan sonra təyyarə 800 km aralıqdakı Düsselldorfa yola çıxıb.