Dəfnə yarpağının İNANILMAZ FAYDASI: oynaq ağrıları, miqren, öskürək, artıq çəki və...


Digərləri 25 Mar 2019 21:49:00 280 0

Dəfnə yarpağının İNANILMAZ FAYDASI: oynaq ağrıları, miqren, öskürək, artıq çəki və...

Dəfnə yarpaqlarını müxtəlif xəstəliklərin müalicəsində uğurla tətbiq edirlər.

Son.az xəbər verir ki, onu sistit, ayaq əzələlərinin qıcolmaları, baş ağrıları və miqren, oynaqlarda və beldə ağrıları, stress, dəri xəstəlikləri, o cümlədən iltihab, əzələ ağrıları, sidik borusunun iltihabı, qarın köpü, qaz, yuxuda xorultu və apne, qulaq xəstəliklərinin müalicəsində istifadə edə bilərsiniz.

Məlumdur ki, bu bitkinin yarpaqları qaraciyərin və həzm orqanlarının işinin yaxşılaşdırılması üçün də təbii vasitədir. Həmçinin bəlğəmgətirici xassələri sayəsində tənəffüs yollarının təmizlənməsi, bronxit və öskürək üçün ideal vasitədir. Bundan başqa, dəfnə yarpaqları qan dövranını yaxşılaşdırır, sidikqovucu, antirevmatizm və antivirus vasitə sayılır.

Dəfnə yarpağı ilə müalicə üsulu belə tətbiq edilir:

Aromaterapiya: Dəfnə yarpaqlarının dərin və intensiv qoxusunu havanın təmizlənməsi və həşaratları yox etmək üçün evdə istifadə etmək olar.

Bu bitki beyni sakitləşdirir, narahatlıq, depressiya və qorxu kimi mürəkkəb emosiyaları aradan qaldırmağa kömək edir.

Bundan əlavə, dəfnə yarpaqlarının yağı qan dövranını artırmağa kömək edir və orqanizmi enerji ilə təmin edir. Bu yağı limfatik axının stimullaşdırılmasında da tətbiq etmək olar. Sinir və əzələ müalicəsində də bu yağdan geniş tətbiq edilir.

Xorultu ilə mübarizə aparmaq üçün yatmazdan əvvəl sinənizə bir neçə damcı dəfnə yağı çəkin. O, rahatlaşdıran xüsusiyyətlərə malikdir, uşaqlarda panik-atak və qorxu ilə mübarizə aparmağa kömək edir.

Dəfnə yağının hazırlaması