Dondurulmuş limonun sağlamlığa faydaları insult, xərçəng, iltihaba qarşı


Digərləri 25 Mar 2019 21:39:00 211 0

Dondurulmuş limonun sağlamlığa faydaları  insult, xərçəng, iltihaba qarşı

Orqanizm üçün çox faydalı olan təbii vasitələrdən biri də dondurulmuş limondur. Dondurulandan sonra limonun qabığı daha yumşaq və istifadə üçün yararlı olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ondan mütəmadi istifadə insult riskini azaldır, xərçəngin profilaktikasını təmin edir, immun sistemini gücləndirir, iltihabın müalicəsində tətbiq edilir. Bununla yanaşı, ondan istifadə edilməsi həm də bakteriya əleyhinə təsir göstərir, asmanın əlamətlərini azaldır. Dondurulmuş limon depressiya və həyəcan hissi ilə mübarizədə də yaxşı vasitədir, böyrəkləri və qaraciyəri təmizləyir.