Oyunda və həyatda istifadə edilə biləcək ŞAHMAT QAYDALARI


Digərləri 25 Mar 2019 20:22:00 352 0

Oyunda və həyatda istifadə edilə biləcək ŞAHMAT QAYDALARI

Şahmat beyni məşq və inkişaf etdirməyə imkan verən meditativ prosesdir. İstənilən oyun kimi şahmatının da özünün yazılmamış qaydaları var, hansı ki, onlar oyunçuya qalib olmağa kömək edir.

Son.az bu yazıda oxucuları şahmatın həyatda da istifadə edilə biləcək oyun qaydaları ilə tanış edir.

Çoxsaylı variantlar

İstənilən halda hadisələrin çoxlu sayda müxtəlif həlli yolları və inkişaf variantları var. Əgər qələbə istəyirsinizsə, onda gərək onlardan ən azı bir neçəsini nəzərə alasınız. Bir qayda olaraq sizə görə ən uyğun olan variant 99% baş vermir, 50% hallarda olur.

Səbir

Səbrin axırı xeyir olar. Odur ki, düşünülməmiş hərəkət və gedişlər etməyin, uğur qazanmaq istəyirsinizsə, gözləməyi bacarın. Qədim Çin atalar sözlərində deyildiyi kimi: "Əgər kimsə səninlə pis rəftar edibsə, qisas almağa çalışma, çayın kənarında otur və onda tezliklə görəcəksən ki, düşmənin meyiti suyun üzündə üzür".

Kənardan baxış - Empatiya

Əgər siz özünüzü rəqibin yerinə qoysanız və sxem üzrə onun növbəti gedişlərini təxmin etsəniz, onda qarşı tərəfə səmərəli müqavimət göstərməyin yollarını biləcəksiniz. Əgər başınız sadəcə öz gedişlərinizə qarışsa, axırda ölümcül zərbə alacaqsınız.

Qazanan düşüncə