Günəbaxan yağının bu ziyanından xəbəriniz var idimi?


Digərləri 25 Mar 2019 20:17:00 234 0

Günəbaxan yağının bu ziyanından xəbəriniz var idimi?

Qranada Universiteti (İspaniya) alimləri aşkar ediblər ki, günəbaxan yağının gündəlik istehlakı ağır qaraciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.

Araşdırmanın nəticələri Journal of Nutritional Biochemistry jurnalında dərc olunub.

Son.az saglamolun.az-a istinadən bildirir ki, tədqiqatçılar zeytun və günəbaxan yağının sağlamlığa olan təsirini araşdırıb. Eksperiment siçovullar üzərində aparılıb. Bir qrup heyvanlara zeytun, digərinə günəbaxan yağı verilirdi. Bir müddətdən sonra heyvanların qaraciyəri müayinə olunub. Hər gün günəbaxan yağını istehlak edən siçovulların qaraciyər hüceyrələrində dəyişikliklər aşkar olunub ki, bu dəyişikliklər qaraciyərin piylənməsinin riskini artırır.