“Əcəb edir, günah onu efirə buraxanlardadı”


Kriminal 25 Mar 2019 18:25:15 241 0

“Əcəb edir, günah onu efirə buraxanlardadı”

Xalq artisti Rasim Balayev müğənni Afət Fərmanqızının onu və həmkarı Flora Kərimovanın təhqir etməsinə cavab verib. 

Son.az xəbər verir ki, Rasim Balayev demokrat.az-a açıqlamasında Afət Fərmanqızını "virus" adlandırıb:

"Bunlar adam deyillər, virusdur, bakteriyadır. Belə baxanda əcəb edir. Onu efirə buraxanlardadır günah! Təqsir onu himayə edənlərdə, efirə buraxanlardadır. Belə adamı nə saytlara, nə də efirlərə buraxmaq olmaz. Mən bunu dəfələrlə demişəm. Ancaq çox təəssüf ki, mənim fikirlərimi sayan yoxdur. Telekanal efirlərində özbaşınalıq və yiyəsizlik baş alıb gedir. Efirləri açıq qapıya döndəriblər. Kimi gəldi ora buraxırlar. Ona görə də bunlar bu qədər qürrələnir".