Zaur mer postuna namizəd oldu


Dünya 25 Mar 2019 18:30:00 241 0

Zaur mer postuna namizəd oldu

Bu gün Tbilisidə hakim "Gürcü Arzusu" partiyasının mərkəzi qərargahında partiya rəhbəri İrakli Qaribaşvilinin iştirakı ilə mayda Marneulidə keçiriləcək mer seçkilərinə partiya öz namizədini təqdim edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim "Gürcü Arzusu" partiyası Marneuli rayonunun meri vəzifəsinə Zaur Darğallının namizədliyini irəli sürüb.

"Zaur Darğallı etnik azərbaycanlıdır və Gürcüstanın layiqli oğullarından biridir", - deyə partiyanın siyasi katibi İrakli Qaribaşvili bildirib.