Serj Sarkisyan üzə çıxdı FOTO


Dünya 25 Mar 2019 17:48:00 240 0

Serj Sarkisyan üzə çıxdı  FOTO

Ermənistanın mövcud hakimiyyətinin başı daxildəki ciddi problemlərə qarışdığı bir ərəfədə, Nikol Paşinyanın əsas rəqiblərindən biri eks-prezident Serj Sarkisyan ortaya çıxıb.

Son.az bildirir ki, musavat.com erməni mediasına istinadən xəbər verir ki, keçmiş prezident sabiq baş nazir Andranik Markaryanın ölümünün 12-ci ildönümü ilə bağlı mərasimə qatılıb. İrəvanda keçmiş baş nazirin məzarını ziyarət edən Sarkisyanı rəhbərlik etdiyi Respublikaçılar Partiyasının üzvləri müşayiət edib. Həmçinin onunla birgə İrəvanın sabiq meri Taron Markaryan, keçmiş müdafiə naziri, Respublikaçılar Partiyasının birinci vitse-prezidenti Viqen Sarkisyan da mərasimdə görünüb.


Xəbərə aid foto