“Mətanət A” şirkəti gənclərin məşğulluğunun artırılmasına töhfə verir


Digərləri 25 Mar 2019 17:20:00 242 0

“Mətanət A” şirkəti gənclərin məşğulluğunun artırılmasına töhfə verir

"Mətanət A" şirkəti ölkəmizdə yeni iş yerlərinin açılması, gənclərin məşğulluğunun artırılması strategiyasına ən çox töhfə verən biznes qurumlarından biridir. Eyni zamanda əməkdaşlarının sıralarını gənc və perspektivli kadrlarla zənginləşdirməkdə maraqlı olan şirkət Bakı Mühəndislik Universitetində keçirilən tələbə və məzunlar üçün növbəti karyera sərgisində iştirak edib.

"Mətanət A" şirkəti sərgidə müxtəlif xarakterli 20-ə yaxın vakansiya təqdim edib.

Tələbə və məzunlar Azərbaycanın əmək bazarında yüksək səviyyəli iş şəraiti və adekvat əmək haqları təklif edən biznes strukturu kimi tanınan "Mətanət A" ailəsinə üzv olmanın üstünlükləri ilə tanış olub, iş təklifləri ilə yaxından maraqlanıblar. Şirkətin mütəxəssisləri sərgi iştirakçılarına vakansiyalarla bağlı ətraflı məlumat veriblər.