Bağ evlərindən oğurluq edən şəxslər saxlanıldılar FOTO


Kriminal 25 Mar 2019 17:20:00 211 0

Bağ evlərindən oğurluq edən şəxslər saxlanıldılar  FOTO

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, əməliyyat zamanı Maştağa qəsəbəsi sakinləri Mireyvaz Məmmədov və Ağanəbi Hadıyev tutulublar.

Araşdırma zamanı onların Nardaran, Ləhic və Maştağa bağlarında yerləşən 7 evdən əsasən paltaryuyan maşın, televizor, təmir və məişət əşyaları oğurladıqları məlum olub. Qeyd edək ki, oğurlanan əşyalar M.Məmmədovun avtomobili ilə hadisə yerlərindən aparılıb. Həmin əşyaların bir qismi Sabunçu bazarında satılıb. Oğurluq malların satışından əldə edilən pul isə iki şəxsin arasında bölünüb. Oğurlanan əşyların qalan hissəsi isə saxlanılan şəxslərin yaşadıqları evlərdən aşkar edilərək maddi sübut kimi götürülüb.


Xəbərə aid fotolar